Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq ölkənin ictimai - siyasi inkişafında önəmli rol oynayır

0

  •         ​ ​ ​ ​ Ötən əsrin 90 - cı illərində yaranmış siyasi böhran sonda SSRİ - nin dağılması ilə nəticələndi. 70 il bolşevik boyunduruğu altında inləyən Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Lakin ötən əsrin əvvəllərində olduğu kimi yenə də yenicə öz müstəqilliyinə qovuşmuş ölkəmizin üzərini qara buludlar bürümüşdü. Ölkəmizi əvvəllər olduğu kimi öz təsir dairəsinə almaq istəyən qüvvələr xaos və pozuculuq yaratmaq üçün iş başında idilər. Digər tərəfdən də ölkəni idarə edənlərin səriştəsizliyi ucbatından erməni quldur dəstələri tez - tez Azərbaycan ərazilərinə hücum edir, soydaşlarımızı qətlə yetirir, torpaqlarımızı ələ keçirməyə çalışırdılar. Ölkədə həm də çox ciddi hakimiyyət böhranı yaşanırdı. Hakimiyyətdə olanları vəzifə kürsüsündən başqa heç nə düşündürmürdü. Ölkə rəhbərliyi qul psixologiyası ilə Moskvanın tələb və göstərişlərini qeyd - şərtsiz yerinə yetirməkdə idilər. Xalqın mənafeyini zərrə qədər də düşünən yox idi. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       Azərbaycanı mitinqlər, yürüşlər dalgası bürümüşdü. Ölkə tamamilə dağılmaq təhlükəsi ilə üzləşmişdi. Ölkə rəhbərliyində müdrik, uzaqgöən siyasətçilər yox dərəcəsində idi. Milli düşüncəli ziyalılar yaxına buraxılmırdı. Milli satqınlar, imperiya nökərləri iş başında idi. Bir sözlə, Azərbaycan vətəndaş müharibəsinin bir addımlığında idi. Azərbaycana uzun meddət rəhbərlik etmiş, ölkəni bu ağır böhrandan xilas edə biləcək yeganə siyasətçi Heydər Əliyev mövcud hakimiyyət tərəfindən yaxına buraxılmırdı. Bütün bunlar yeni bir siyasi qüvvənin meydana gəlməsini zəruri edirdi. Azərbaycanın gələcək taleyini dərindən düşünən 91 nəfər ziyalı müdrik və dahi siyssətçi Heydər Əliyevin ətrafında birləşməklə ölkəni yaranmış siyasi böhrandan çıxarmağın təməlini qoydular. Belə ki, 1992 - ci il noyabr aynın 21 - də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev partiyanın sədri seçildi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​       Yarandığı gündən qarşısına yalnız dünyəvi, demokratik, güclü iqtisadiyyata malik Azərbaycan uğrunda mübarizə aparmğı qarşısına məqsəd qoyan Yeni Azərbaycan Partiyası qısa zamanda ətrafına yüz münlərlə sağlam düşüncəli ziyalılar təbəqəsini ətrafında birləşdirdi. Məhz bunun nəticəsi idi ki, 1993 - cü ilin 15 iyununda Azərbaycan xalqı ayağa qalxıb özünün nicatı üçün Ümummilli Lider Heydər Əliyevi Bakıya dəvət etdi. Olduqca çətin bir zaman idi. Bir yandan mənfur düşmən olan ermənilər yaranmış xaosdan istifadə edərək torpaqlarımızı işğal edir, soydaşlarımızı öz ata - baba yurlarından didərgin salır, onların bir qismini qətlə yetirib soyqırıma məruz qoyur, digər yandan çox ciddi hakimiyyət böhranı yaşanır, AXC - Musavat cütlüyünün sərişdəsizcə hədsiz səlahiyyət verdiyi Surət Hüseynov və onun quldur dəstələri hakimiyyət nümayəndələrini girov götürür və ölkə vətəndaş müharibəsinə sürüklənirdi. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​        Yeni Azərbaycan Partiyasına rəhbərlik edən, eyni zamanda ölkə rəhbərliyini üzərinə götürən Ümummilli Lider Heydər Əliyev özünün müdrikliyi və dərin siyasi məfkuəsi sayəsində Azərbaycanı bu çətin, olduqca ağır böhrandan çıxarmağı bacardı. Heydər Əliyev deyirdi: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. "Zaman keçdikcə bu fikrin nə qədər doğru bir fikir olduğu sbut olundu. Yeni Azərbaycan Partiyası artıq 30 ildir ki, iqtidar partiyası olaraq ölkənin ictimai - siyasi inkişafında önəmli rol oynayır. Bu müddət ərsində ölkə iqtisadiyyatı nəzərə çarpacaq dərəcədə möhkəmlənib, dünyada ölkəmizin siyasi mövqeyi günü - gündən güclənməkdədir.​ ​ ​ ​ ​ ​        44 günlük Vətən müharibəsində də düşmən üzərində əldə etdiyimiz möhtəşəm qələbədə Yeni Azərbaycan Partiyasının rolu da danılmazdır. Partiya fəallarının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, apardıqları ideoloji və siyasi mübarizə də Vətən müharibəsi zamanı düşmən üzərində qələbənin əldə edilməsinə öz töhfəsini vermişdir. Bəli, Ümummilli Lider Heydər Əliyev çox gözəl vurğulamışdır: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır".  ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ələddin Əhmədov​,Xocalı şəhər 3 saylı tam orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib44 dəfə
    Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq ölkənin ictimai siyasi inkişafında önəmli rol oynayır

    Maraqlı gələ bilər
    52
    63